Liqa 1-də qonaqlar üçün qara gün – meydan sahiblərindən 7 qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 31-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. Maraqlıdır ki, baş tutan yeddi qarşıalşamanın hamısında meydan sahibləri sevinən tərəf olublar.

“Lill” “Monpelye”ni, “Oser” “Nant”ı, “Brest” “Nitsa”nı, “Klermon” “Anje”ni “Strasburq” “Ayaçço”nu, “Monako” “Loryan”a, “Olimpik” (Marsel) isə “Trua”nı məğlub yola salıb.

Beləliklə, 31 turdan sonra 72 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 64 xalla ikinci, “Lans” 63 xalla üçüncü pillədə qərarlaşıb.

“Monako” 61, “Lill” 55, “Renn” 53, Lion “Olimpik”i 50, “Reyms” 47, “Nitsa” və “Loryan” 45 xal toplayıblar.

Fransa, Liqa 1
31-ci tur
14 aprel

Tuluza – Olimpik (Lion) 1:2
Qol: Abuxlal, 37 – Lakazette, 34. L.Kosta, 88-öz qapısına.

15 aprel

Renn – Reyms 3:0
Qol: Doku, 9; 19. Teate, 68.

PSJ – Lans 3:1
Qol: Mbappe, 31. Vitinya, 37. Messi, 40 – Frankovski, 60.

16 aprel

Lill – Monpelye 2:1
Qol: David, 70. Kabella, 72 – Silla, 24.

Oser – Nant 2:1
Qol: Jubal, 5-pen. Da Kosta, 43 – M.Məhəmməd, 55.

Brest – Nitsa 1:0
Qol: Le Duaron, 12.

Klermon – Anje 2:0
Qol: Kyei, 33. M.Çam, 39-pen.

Strasburq – Ayaçço 3:1
Qol: Qameyro, 26-pen. Diarra, 71. Suzuki, 89 – Barreto, 76.

Monako – Loryan 3:1
Qol: Diatta, 14. Qolovin, 27. Volland, 55 – Kone, 86-pen.

Olimpik (Marsel) – Trua 3:1
Qol: Vitinya, 2; 64. C.Ünder, 40 – Balde, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: