Liqa 1: “Lill” “Tuluza”ya səfərdə qalib gəldi

Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Tuluza” doğma meydanda “Lill” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. “Lill” səfərdə 3 xala sevinən tərəf olub.

Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 4-də, 5-də və 6-da keçiriləcək.

Fransa, Liqa 1
3-cü tur

3 sentyabr

Tuluza – Lill 0:1

4 sentyabr

21:00. Olimpik (Lion) – Oser
23:05. PSJ – Monako

5 sentyabr

19:15. Lans – Loryan
22:45. Havr – Brest
22:45. Nitsa – Leman

6 sentyabr

17:00. Trua – Strasburq
19:15. Anje – Renn
22:45. Olimpik (Marsel) – Paris

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: