Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında “Strasburq” doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Lion təmsilçisinin əzmkar qələbəsiylə başa çatıb.
33-cü turun qalan qarşılaşmaları 29, 30 aprel, 2 və 3 may tarixlərində keçiriləcək.
Fransa, Liqa 1
33-cü tur
28 aprel
Strasburq – Olimpik (Lion) 1:2
Qol: Sanson, 15 – Lukeba, 32. Kakre, 36.
29 aprel
19:00. Lill – Ayaçço
30 aprel
17:00. Monako – Monpelye
17:00. Klermon – Reyms
17:00. Renn – Anje
17:00. Trua – Nitsa
19:05. PSJ – Loryan
22:45. Olimpik (Marsel) – Oser
2 may
23:00. Tuluza – Lans
3 may
23:00. Brest – Nant


