Liqa 1: Marsel “Olimpik”i “Renn”i tək qolla üstələdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Trua” – “Monako” matçında qalib müəyyənləşməyib. “Olimpik” (Lion) – “Loryan” oyununda isə ümumiyyətlə qapılara qol vurulmayıb.

“Monpelye” doğma meydanda “Anje”ni 5 cavabsız qolla məğlub edibsə, “Reyms” “Ayaçço”nu tək qolla yenib. “Strasburq” evdə “Brest”ə, “Tuluza” da “Klermon”a minimal fərqlə məğlub olub. “Renn”in qonağı olan Marsel “Olimpik”i də 3 xalı tək qolla qazanıb.

Beləliklə, 26 turdan sonra 63 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 55 xalla ikincidirsə, “Monako” və “Lans”ın 51 xalı var. “Renn” 46, “Lill” 45, “Nitsa” 42, “Reyms”lə “Loryan” 40, Lion “Olimpik”i 39, “Klermon” 34 xal toplayıb.

Fransa, Liqa 1
26-cı tur
3 mart

Nitsa – Oser 1:1
Qol: Laborde, 45+1 – Heyn, 36.

4 mart

Lans – Lill 1:1
Qol: Fonte, 41-öz qapısına – David, 69.

PSJ – Nant 4:2
Qol: Messi, 12. Hadjam, 17-öz qapısına. D.Pereyra, 60. Mbappe, 90+1 – Blas, 31. Qanaqo, 38.

5 mart

Trua – Monako 2:2
Qol: Kuame, 31. Uqbo, 90+1 – Ben Yedder, 80; 83.

Monpelye – Anje 5:0
Qol: Xazri, 2. Savanye, 25; 51. Mauassa, 45+2. Vahi, 73.

Reyms – Ayaçço 1:0
Qol: Kayuste, 90+4.

Strasburq – Brest 0:1
Qol: Honorat, 45+1.

Tuluza – Klermon 0:1
Qol: Xaui, 76.

Olimpik (Lion) – Loryan 0:0

Renn – Olimpik (Marsel) 0:1
Qol: Kolaşinaç, 57.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: