Liqa 1: “Monako” “Lans”a böyük hesabla uduzdu, “Lill” xal itirdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Oser” – “Lill” matçında qalib müəyyənləşməyib. “Lans” isə doğma meydanda “Monako”nu 3 cavabsız qolla məğlub edib.

32-ci turun qalan bütün qarşılaşmaları bazar günü keçiriləcək.

Fransa, Liqa 1
32-ci tur

21 aprel

Anje – PSJ 1:2
Qol: Tyub, 87 – Mbappe, 9; 26.

22 aprel

Oser – Lill 1:1
Qol: Nyanq, 62-pen – David, 36-pen.

Lans – Monako 3:0
Qol: Openda, 9; 16. Tomasson, 56.

23 aprel

15:00. Reyms – Strasburq
17:00. Ayaçço – Brest
17:00. Loryan – Tuluza
17:00. Nant – Trua
17:00. Nitsa – Klermon
19:05. Monpelye – Renn
22:45. Olimpik (Lion) – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: