Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Tuluza” – “Monpelye” matçında qonaqlar qələbə qazanıblar. “Lans” isə doğma meydanda “Loryan” üzərində inamlı qələbəyə sevinib.
35-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək. Bu turun “Nitsa” – PSJ və “Reyms – “Olimpik” (Marsel) oyunları isə mayın 15-də keçiriləcək.
Fransa, Liqa 1
32-ci tur
3 may
Tuluza – Monpelye 1:2
Qollar: Dallinqa, 34 – Savanye, 27. Fayad, 81.
Lans – Loryan 2:0
Qollar: Vahi, 57. Da Kosta, 81.
4 may
17:00. Havr – Strasburq
19:00. Monako – Klermon
21:00. Mets – Renn
23:00. Brest – Nant
6 may
23:00. Lill – Olimpik (Lion)


