Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Nitsa” doğma meydanda “Sent Etyen”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda 8 cavabsız qolla qalib gəliblər.
5-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
5-ci tur
20 sentyabr
Nitsa – Sent Etyen 8:0
Qollar: Batubinsika, 4-öz qapısına. Ndombele, 7. Ço, 24. Mukoko, 26; 39. Gessan, 36. Diop, 75. Rosario, 86-pen.
21 sentyabr
19:00. Lill – Strasburq
21:00. Renn – Lans
23:00. Reyms – PSJ
22 sentyabr
17:00. Monako – Havr
19:00. Anje – Nant
19:00. Brest – Tuluza
19:00. Monpelye – Oser
22:45. Olimpik (Lion) – Olimpik (Marsel)


