Liqa 1: “Olimpik”lərin duelində marsellilər sevindi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 32-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Ayaçço” – “Brest” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Nant” – “Trua” matçında da qalib müəyyənləşməyib.

“Reyms” evdə “Strasburq”a, “Loryan” “Tuluza”ya, “Nitsa” isə “Klermon”a uduzub. “Monpelye” də “Renn”i məğlub yola salıb.

Turun son oyunu Lion və Marsel “Olimpik”ləri arasında baş tutub. Üç qolun qeydə alındığı bu görüşdə qonaqlar qələbə qazanıblar.

Beləliklə, 32 turdan sonra 75 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 67 xalla ikinci, “Lans” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 61, “Lill”in 56, “Renn”in 53, Lion “Olimpik”inin 50, “Reyms”in 47, “Klermon”un 46, “Nitsa” və “Loryan”ın 45, “Tuluza”nın 41, “Monpelye”nin isə 40 xalı var.

Fransa, Liqa 1
32-ci tur
21 aprel

Anje – PSJ 1:2
Qol: Tyub, 87 – Mbappe, 9; 26.

22 aprel

Oser – Lill 1:1
Qol: Nyanq, 62-pen – David, 36-pen.

Lans – Monako 3:0
Qol: Openda, 9; 16. Tomasson, 56.

23 aprel

Reyms – Strasburq 0:2
Qol: H.Diallo, 1; 37.

Ayaçço – Brest 0:0

Loryan – Tuluza 0:1
Qol: Abuxlal, 68.

Nant – Trua 2:2
Qol: Pallua, 25. Gessand, 90+5 – Balde, 64. Odober, 90+1.

Nitsa – Klermon 1:2
Qol: Laborde, 41 – M.Çam, 37. Xaui, 83.

Monpelye – Renn 1:0
Qol: Mavididi, 84.

Olimpik (Lion) – Olimpik (Marsel) 1:2
Qol: Lakazette, 82 – C.Ünder, 44. Qusto, 90+3-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: