Bu gün keçirilən bir oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün ilk oyununda son çempion PSJ səfərdə “Havr”la qarşılaşıb.
Paris təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.
Yeni mövsümün ilk turunun qalan oyunları avqustun 17-də və 18-də keçiriləcək.
Fransa, Liqa 1
1-ci tur
16 avqust
Havr – PSJ 1:4
Qollar: Lyoris, 48 – Li Kanq, 3. Dembele, 85. Barkola, 86. Kolo Muani, 90.
17 avqust
19:00. Brest – Olimpik (Marsel)
21:00. Reyms – Lill
23:00. Monako – Sent Etyen
18 avqust
17:00. Oser – Nits
19:00. Anje – Lans
19:00. Monpelye – Strasburq
19:00. Tuluza – Nant
22:45. Renn – Olimpik (Lion)


