Liqa 1: PSJ “Anje”ni səfərdə məğlub etdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 32-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında lider PSJ səfərdə “Anje” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı qarşılaşma Paris təmsilçisinin qələbəsiylə yekunlaşıb.

32-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
32-ci tur
21 aprel

Anje – PSJ 1:2
Qol: Tyub, 87 – Mbappe, 9; 26.

22 aprel

19:00. Oser – Lill
23:00. Lans – Monako

23 aprel

15:00. Reyms – Strasburq
17:00. Ayaçço – Brest
17:00. Loryan – Tuluza
17:00. Nant – Trua
17:00. Nitsa – Klermon
19:05. Monpelye – Renn
22:45. Olimpik (Lion) – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: