Futbol üzrə Fransa çempionatında (Liqa 1) 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Oser” – “Renn” matçında qapılara qol vurulmayıb. Səfərdə “Brest”in qonağı olan PSJ isə son dəqiqələrdə vurduğu qol sayəsində meydanı 3 xalla tərk edib.
27-ci turun əksər qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
27-ci tur
10 mart
Lill – Olimpik (Lion) 3:3
Qol: David, 46; 61; 79 – Barkola, 64. Lakazette, 83; 89.
11 mart
Oser – Renn 0:0
Brest – PSJ 1:2
Qol: Honorat, 43 – Soler, 37. Mbappe, 90+1.
12 mart
16:00. Klermon – Lans
18:00. Ayaçço – Monpelye
18:00. Anje – Tuluza
18:00. Loryan – Trua
18:00. Nant – Nitsa
20:05. Monako – Reyms
23:45. Olimpik (Marsel) – Strasburq


