Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Renn” doğma meydanda “Reyms”ə 3 cavabsız qolla qalib gəlib. Dörd qolun qeydə alındığı PSJ – “Lans” matçında da Paris təmsilçisi inamlı qələbəyə sevinib.
31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
31-ci tur
14 aprel
Tuluza – Olimpik (Lion) 1:2
Qol: Abuxlal, 37 – Lakazette, 34. L.Kosta, 88-öz qapısına.
15 aprel
Renn – Reyms 3:0
Qol: Doku, 9; 19. Teate, 68.
PSJ – Lans 3:1
Qol: Mbappe, 31. Vitinya, 37. Messi, 40 – Frankovski, 60.
16 aprel
15:00. Lill – Monpelye
17:00. Oser – Nant
17:00. Brest – Nitsa
17:00. Klermon – Anje
17:00. Strasburq – Ayaçço
19:05. Monako – Loryan
22:45. Olimpik (Marsel) – Trua


