Liqa 1: PSJ-dən “Nant” üzərində inamlı qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Lans” – “Lill” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Altı qolun qeydə alındığı PSJ – “Nant” matçında isə Paris təmsilçisi inamlı qələbəyə sevinib.

26-cı tura sabah keçiriləcək yeddi oyunla yekun vurulacaq.

Fransa, Liqa 1
26-cı tur
3 mart

Nitsa – Oser 1:1
Qol: Laborde, 45+1 – Heyn, 36.

4 mart

Lans – Lill 1:1
Qol: Fonte, 41-öz qapısına – David, 69.

PSJ – Nant 4:2
Qol: Messi, 12. Hadjam, 17-öz qapısına. D.Pereyra, 60. Mbappe, 90+1 – Blas, 31. Qanaqo, 38.

5 mart

16:00. Trua – Monako
18:00. Monpelye – Anje
18:00. Reyms – Ayaçço
18:00. Strasburq – Brest
18:00. Tuluza – Klermon
20:05. Olimpik (Lion) – Loryan
23:45. Renn – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: