Liqa 1: PSJ “Loryan”a uduzdu, izləyicisi fərqi azaltdı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Uğursuz mövsüm keçirən “Monako” bu turda “Monpelye” ilə ev oyunundan darmadağınla ayrılıb. “Klermon” “Reyms”i, “Renn” “Anje”ni məğlub yola salıb. “Nitsa” səfərdə “Trua”ya qalib gəlib.

Lider PSJ doğma meydanda “Loryan”a uduzub. Paris təmsilçisinin bu xal itkisindən maksimum yararlanan Marsel “Olimpik”i “Oser”ə qalib gələrək zirvəyə bir qədər də yaxınlaşıb. Belə ki, hazırda PSJ-nin 75, Marsel klubunun isə 70 xalı var. İlk üçlüyü 66 xallıq “Lans” qapayır.

33-cü turun qalan qarşılaşmaları 2 və 3 mayda keçiriləcək.

Fransa, Liqa 1
33-cü tur
28 aprel

Strasburq – Olimpik (Lion) 1:2
Qol: Sanson, 15 – Lukeba, 32. Kakre, 36.

29 aprel

Lill – Ayaçço 3:0
Qol: A.Qomes, 22; 33. Kabella, 37.

30 aprel

Monako – Monpelye 0:4
Qol: Nordin, 28; 72. Mauassa, 65. Mavididi, 79.

Klermon – Reyms 1:0
Qol: Kyei, 4.

Renn – Anje 4:2
Qol: Quiri, 25. Huntondji, 35-öz qapısına. Doku, 54; 84 – Bentaleb, 19. Niane, 42.

Trua – Nitsa 0:1
Qol: Buadui, 2.

PSJ – Loryan 1:3
Qol: Mbappe, 29 – Le Fi, 15. Yonqva, 39. Dienq, 88.

Olimpik (Marsel) – Oser 2:1
Qol: C.Ünder, 75. A.Sançes, 77 – B.Ture, 33.

2 may

23:00. Tuluza – Lans

3 may

23:00. Brest – Nant

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: