Liqa 1: PSJ “Monpelye”ni 6 cavabsız qolla yendi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında son çempion PSJ doğma meydanda “Monpelye” ilə qarşılaşıb. Rəqibini 6:0 hesabıyla məğlub etmiş Paris təmsilçisi liderliyi ələ keçirib.

2-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
2-ci tur
23 avqust

PSJ – Monpelye 6:0
Qollar: Barkola, 3; 53. M.Asensio, 24. Hakimi, 58. Zair-Emeri, 60. Li Kanq, 82.

24 avqust

19:00. Olimpik (Lion) – Monako
21:00. Lill – Anje
23:00. Sent Etyen – Havr

25 avqust

17:00. Lans – Brest
19:00. Nant – Oser
19:00. Nitsa – Tuluza
19:00. Strasburq – Renn
22:45. Olimpik (Marsel) – Reyms

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: