Futbol üzrə Fransa çempionatında (Liqa 1) 28-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Dörd qolun qeydə alındığı “Trua” – “Brest” matçında, eləcə də “Nitsa” – “Loryan” oyununda qalib müəyyənləşməyib.
Lider PSJ doğma meydanda qarşılaşdığı “Renn”lə oyunda gölənilməz məğlibiyyətə üzülüb. “Ayaçço” və “Reyms” də müvafiq olaraq “Monako”ya və Marsel “Olimpik”inə evində uduzub. “Monpelye” “Klermon”la, “Strasburq” isə “Oser”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.
Beləliklə, 28 turdan sonra PSJ hələ də 66 xalla vahid liderdir. Marsel “Olimpik”i 59 xalla ikinci, “Lans” 57 xalla üçüncüdür. “Monako”nun 54, “Renn”in 50, “Lill”in 49, “Nitsa” və “Loryan”ın 44 xal var.
Fransa, Liqa 1
28-ci tur
17 mart
Olimpik (Lion) – Nant 1:1
Qol: Lakazette, 24 – Lukeba-öz qapısına.
18 mart
Tuluza – Lill 0:2
Qol: Alexsandro, 85. Bayo, 90+10.
Lans – Anje 3:0
Qol: Fofana, 26. Openda, 30; 46.
19 mart
Ayaçço – Monako 0:2
Qol: Ben Yedder, 27. Diatta, 84.
Monpelye – Klermon 2:1
Qol: Vahi, 61; 72 – Xaui, 32.
Nitsa – Loryan 1:1
Qol: Labord, 77 – Meyte, 30.
Strasburq – Oser 2:0
Qol: Nyamsi, 5. Diallo, 85.
Trua – Brest 2:2
Qol: Ripar, 34. R.Lopes, 38 – Melu, 30. Del Kastilyo, 74-pen.
PSJ – Renn 0:2
Qol: Ekambi, 45. Kalimuendo, 48.
Reyms – Olimpik (Marsel) 1:2
Qol: Baloqun, 13 – A.Sançes, 16; 29.


