Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Lion “Olimpik”i doğma meydanda “Oser”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qalib gəliblər.
Son çempion PSJ isə “Monako”nu qəbul edib. Üç qolluq görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 5-də və 6-da keçiriləcək.
Fransa, Liqa 1
3-cü tur
3 sentyabr
Tuluza – Lill 0:1
4 sentyabr
Olimpik (Lion) – Oser 3:1
PSJ – Monako 1:2
5 sentyabr
19:15. Lans – Loryan
22:45. Havr – Brest
22:45. Nitsa – Leman
6 sentyabr
17:00. Trua – Strasburq
19:15. Anje – Renn
22:45. Olimpik (Marsel) – Paris


