Fransanın “Trua” komandasının baş məşqçisi Loran Batles istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib.
“Trua” Liqa 1-də mövsümün ilk dövrəsini 15-ci sırada bitirib. Komanda 19 oyunda cəmi 17 xal toplaya bilib.
Loran Batles 2019-cu ilin iyun ayından “Trua”ya rəhbərlik edirdi. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında 89 matçıa çıxıb, 43 qələbə qazanıb, 16 heç-heçə edib, 30 məğlubiyyətə üzülüb.


