Lorentso Pelleqrini: “Roma” layiq olduğu üçün finaldadır”

“Roma”nın kapitanı Lorentso Pelleqrini Avropa Liqasının finalında “Sevilya”ya qarşı keçirəcəkləri oyun haqda gözləntilərini ifadə edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən Pelleqrininin sözlərini diqqətinizə çatdırır:

“Mən hisslərə qərq oluram və düşünürəm ki, bu, ədalətlidir. Düşünürəm ki, biz bu yolu gözəl keçmişik və biz burada olmağımızla fəxr edirik. Biz bu finalı səbirsizliklə gözləyirik. Məhz bunu qrup mərhələsinin ilk oyunundan gözləyirdik. Sabahkı (mətbuat konfransı ötən gecə olub – red.) oyunun intizarındayıq..

Mourinyo və avrokubok finalları? Biz bilirik ki, o, məxsusidir. O, bizə çox şey verib. Biz bura finalda oynamaq və qalib gəlməyə çalışmaq üçün gəlmişik. Keçmiş, sizə gələcəkdə qarşılaşacağınız üzərində qələbə qazandırmayacaq. Görək, hər şey necə keçəcək, amma “Roma” layiq olduğu üçün burada – Budapeştdədir”.

Xatırladaq ki, Avropa Liqasının “Roma” ilə “Sevilya” arasında final oyunu bu gün Budapeştin “Ferents Puşkaş” stadionunda keçiriləcək.