Lotito Tudorun istefaya göndərilməsinin səbəbini açıqladı

“Latsio”nun sahibi və prezidenti Klaudio Lotito xorvat baş məşqçi İqor Tudorun klubdan istefaya göndərilməsinin səbəbini açıqlayıb.

Arena.az jurnalist Canluka Di Martsionun saytına istinadən, “qartallar”ın prezidentinin bu barədə açıqlamasını təqdim edir:

“O, bizdən səkkiz oyunçunu komandadan uzaqlaşdırmağımızı istədi. Bu, bizim baxışımızla həddindən artıqdır. Amma o, layiqli insan kimi getdi, demək istəyirəm.

Növbəti mövsümdə rəqabətəqadir olmağımız vacibdir. Ümidvaram ki, “Salernitana” kimi yarış cədvəlinin aşağı pilləsində qərarlaşmış komandalara qarşı xal itirməyəcəyik. Komandamız daha yaxşı nəticəyə layiq idi”, deyə Lotito vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “Latsio” xorvat mütəxəssis İqor Tudorun klubdan ayrılacağı açıqlanmışdı. İqor Tudor 2024-cü ilin martında italyan mütəxəssis Mauritsio Sarrinin “Latsio”dan öz xoşu gedişindən sonra “qartallar”ın sükanı arxasına keçmişdi. “Latsio”nun yeni baş məşqçisinin isə “Verona”dan ayrılacaq italyan mütəxəssis Marko Baroni olacağı məlumdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: