Loyde Auqusto satıldı, “Alanyaspor” 2,5 milyon avro qazandı

Türkiyənin “Alanyaspor” klubunun anqolalı sağ vingeri Loyde Auqusto bundan sonra “Vasko da Qama”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub bu transeri 2,5 milyon avroya rəsmiləşdirib. 25 yaşlı futbolçu “Vasko da Qama” ilə müddəti 2027-ci ilin 31 dekabrında bitəcək müqavilə imzalayıb.

Loyde Auqusto Portuqaliyanın “Sportinq” (Lissabon) klubunun yetirməsidir. Portuqaliyada “Farense” və “Mafra”nın da şərəfini qorumuş vinger “Alanyaspor”a 2023-cü ilin iyul ayında cəlb edilmişdi. Anqolalı futbolçu Türkiyə klununun əsas komandasında 48 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Auqusto 2021-ci ilin mart ayında debüt etdiyi Anqola milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.