İtaliyanın “Yuventus” klubunun belçikalı hücumçusu Lua Openda Turin təmsilçisindən ayrılaraq Fransanın “Olimpik” (Lion) komandasına keçib.
Arena.az bu barədə “Yuventus”un rəsmi saytına istinadən xəbər verir.
Turin təmsilçisi futbolçusunu Fransa klubuna icarəyə verildiyini rəsmən açıqlayıb. 26 yaşlı futbolçu 2026/2027-ci illər mövsümünün sonunadək Liqa 1 təmsilçisinin formasını geyinəcək.
Lion “Olimpik”i bu icarə müqabilində “Yuventus”a 3,5 milyon avro məbləğində sabit ödəniş edəcək.
Xatırladaq ki, Lua Openda 2025-ci ilin sentyabrında Almaniyanın “Leypsiq” klubundan 42,75 milyon avroya “Yuventus”a transfer olunmuşdu. Lakin belçikalı forvard Turin klubunda gözləntiləri doğrulda bilməyib. O, “Yuventus”un heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda cəmi 2 qol vurub.
Zəif məhsuldarlıq futbolçunun bazar dəyərinə də təsir edib. Hazırda “Transfermarkt” portalı Lua Opendanı 25 milyon avro dəyərində qiymətləndirir.


