Luis de la Fuente: “Almaniya ilə oyun AÇ-nin finalı ola bilərdi”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün 1/4 finalında Almaniya yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, bərabər oyun olacaq. Bu, Avropa çempionatının finalı ola bilərdi, amma düşünürəm ki, futbol səviyyəsində, oyun bərabər olacaq. Almaniya yığması oyuna həmişə güclü başlayır, ona görə də biz buna qarşı mübarizəyə çalışacağıq. Çalışacağıq ki, təşəbbüsü ələ keçirək və ilk dəqiqədən oyuna yüzdə yüz köklənək”, deyə ispan mütəxəssis vurğulayıb.

Luis de la Fuente bundestimin mərkəz yarımmüdafiəçisi Toni Kroosun qarşısını necə almağın mümkünlüyü haqda sualı da maraqlı cavablayb:

“Kroosu necə dayandırmaq olar? Sabah (artıq bu gün – redaktorun qeydi) onun ayaqlarını bağlamağı düşünürdük, amma UEFA-nın buna icazə verəcəyinə əmin deyiləm. O, çox yüksək səviyyəli oyunçudur. Bir futbol azarkeşi kimi onun karyerasını bitirməsinə çox kədərlənirəm”, – “Relevo” dərgisi De La Fuentedən sitat gətirir.

Xatırladaq ki, AÇ-2024-ün 1/4 final mərhələsinin İspaniya – Almaniya oyunu bu gün, iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: