İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının Fransa yığması ilə yarımfinal oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən 63 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Fransa? Onların təsirli oyunçulardan ibarət heyəti var. Onlar üç və ya dörd milli yığma komanda təsis edə bilərdilər. Mən bilirəm ki, onların zədəliləri var, elə, bizim də. Hər iki tərəf, burada olmağa layiq olan başqa əla oyunçuları seçmək imkanına malikdir.
Biz öz gücümüzü komanda olaraq işləyərək sübut edə bilərik, həm hücumda və həm də müdafiədə. Biz mütəşəkkillik nümayiş etdirməliyik, bir-birimizi sığortalamalıyıq, təkbətək mübarizələri qazanmalı və aqressiv oynamalıyıq. Bu, fizim fəlsəfəmizdir. Biz təşəbbüslə oynamalıyıq. Onlar bizə görə narahatlıq yaşamalıdırlar…”, deyə Luis de la Fuente vurğulayıb.
İspaniya – Fransa oyunu bu gün, iyunun 5-də Ştutqartın “Ştutqart Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


