PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 23-cü turunda Lion “Olimpik”i ilə səfər oyunundakı qələbəni (3:2) şərh edib.
Arena.az Fransa nəhənginin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Bu, çoxlu təzyiq məqamları və nəzarət etməyimiz gərək olan məqamların yer aldığı mürəkkəb bir oyun idi. Amma mən düşünürəm ki, biz – özünəməxsusluğa malik bir komandayıq və biz nəticədən çox məmnunuq. Hər bir oyun – tərəqqi imkanıdır. Bu gün bizə, son dəqiqələrdə də müdafiə olunmaq gərək oldu ki, bu da mənə xoş gəlir! Amma eyni zamanda, bu, xasiyyətimizin daha bir isbatıdır, mən isə xoşbəxtəm”, deyə Luis Enrike məmnunluqla vurğulayıb.
Cari mövsümdə keçirdiyi 23 oyundan sonra PSJ 59 xalla Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir. Lion “Olimpik”i isə 36 xalla 6-cı pillədədir.


