PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci il FIFA Klub Dünya Kubokunun “İnter Mayami” ilə 1/8 final oyunundan gözləntisini açıqlayıb.
Arena.az “All About Argentina” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən “İnter Mayami”nin yarışdakı hər üç oyununu və bəzi əvvəlki oyunlarını görmüşəm, onlar müvafiq keyfiyyətə malikdirlər. Əgər biz onlara təpki göstərə bilməsək, təyiq göstərməyimiz çətin olacaq. Əgər biz onlardan topu ala bilməsək, işlərimiz fırıq olacaq, çünki Serxio Buskets də əvvəlki kimi qalıb, Lionel Messi isə – topla davranışında müstəsnadır. Luis Suares, siz onun vurduğu sonuncu qolu görmüsünüz, necə bir ustalıqdır… Jordi Alba, o da elə, əvvəlkidir”, deyə Luis Enrike bir vaxtlar “Barselona”da çalışdırdığı ulduzladan ehtiyatlandığını vurğulayıb.
PSJ – “İnter Mayami” oyunu bu gün, iyunun 29-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.


