PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun 2024/2025-ci illər mövsümünə dair yekunlarını vurub, bəzi xüsuslardan danışıb.
Arena.az “The Guardian” nəşrinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Çempionlar Liqası bizim üçün bir ilk idi və bu, çox vacib idi: biz ötən il PSJ-yə gələndə, o yarış bizim əsas məqsədimiz idi. Bazar günü isə bizim, mövsümün sonuncu oyununu – söhbətin klublararası dünya çempionluğundan getdiyi oyunu qazanmaq imkanımız var. Amma bizə, oyunun çətinliyi anlamağımız vacibdir.
Bu, bizim ən yaxşı mövsümümüz idimi? Ola bilər, amma biz onu başa vurmaq üçün qələbə qazanmalıyıq. İxtiyari halda, finala çıxdıqda, qalib və məğlub olacaq, amma bu, o demək deyil ki, məğlub pis çıxış edib. Biz güc-qüvvəmizi ortaya yüz faiz qoyacağıq, hansı mükafatı alacağımızı isə görəcəyik.
Mənə gəlincə, məndə ulduzlara xas heç nə yoxdur. Oyunçu ikən də yox idi, məşqçi ikən də yoxdur. Mənə, mənim işim xoş gəlir. Mənə, oyunçu karyeram xoş gəlir, elə, məşqçi karyeramı da bəyənirəm – xüsusilə çətin məqamlarda. Məhz bu məqamda mən özümü ən xoşbəxt kəs hesab edirəm. Hər şeyin yaxşı getməsi xoşdur, ona görə də bizim işimizdə bir çox insanı xoşbəxt etmək olar, mən isə illər ərzində bunu qiymətləndirməyi öyrənmişəm”, deyə Luis Enrike vurğulayıb.
Əlavə edək ki, PSJ tarixən ən parlaq dövrünü yaşayır. Paris klubunun müvəffəqiyyəti ümumiyyətlə Fransanın klub futbolu tarixində ən yaxşı nəticədir. PSJ cari mövsümdə iştirak etdiyi bütün yarışlada – Fransa çempionatı, ölkə kuboku, ölkə superkuboku və Çempionlar Liqasında qalibiyyət əldə edib.
Klublararası dünya çempionatının finalına vəsiqə qazanmış PSJ həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq. Göründüyü kimi, Fransa nəhəngi zəfər yürüşünü növbəti qalibiyyətlə davam etdirə bilər.
Xatırladaq ki, yarışın final oyunu iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


