PSJ-nin baş məqşçisi Luis Enrike futbolda nəticə müqabilində qiymətləndirilmə və tənqidə münasibəti haqqında söhbət açıb.
Arena.az “The Guardian” nəşrinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını tənqid edir:
“Mən bu “tamaşanın” necə işlədiyinə bələdəm: insanlar sənin yaxşı və ya pis olmağını sənin nəticələrinə görə hesab edirlər. Qələbələr qazadığına görə səni tərifləryirlər. Son onillik ərzində ən yaxşı komanda “Mançester Siti” olub. Onlar 10 oyun uduzduqda isə bitdi, hamı onları “öldürür”. Onların əvvəlki tək ən yaxşı məşqçisi var, onlar əvvəlki tək ən yaxşı komandadırlar! Bu, inanılmazdır.
Mən bunu qəbul edirəm. Amma uduzanda özümü yaxşı hiss etmişəm. Bir etirazım yoxdur, hətta məni tənqid edəndə, təriflənməkdən daha çox xoşuma gəlir. Düşünürəm ki, qalib gəlmədikdə daha çox şeyi düzgün etmişəm, məni isə hamı tənqidlə öldürüb. Siz hamınız düşünürsünüz ki, bir halda ki biz qələbələr qazanırıq, demək, məndə hər şey alınır. Xeyr, əsla. Mən uduzanda daha düzgün fəaliyyət göstərmişəm və daha yaxşı alınıb”, deyə Luis Enrike futbolun nəticələrlə bağlı amansız tərəfinə eyham vurmaqla, təzadı qabardıb.
Əlavə edək ki, PSJ tarixən ən parlaq dövrünü yaşayır. Paris klubunun müvəffəqiyyəti ümumiyyətlə Fransanın klub futbolu tarixində ən yaxşı nəticədir. Komanda cari mövsümdə iştirak etdiyi bütün yarışlada – Fransa çempionatı, ölkə kuboku, ölkə superkuboku və Çempionlar Liqasında qalibiyyət əldə edib.
2025-ci il FIFA Klub Dünya Kubokunun finalına vəsiqə qazanmış PSJ həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq. Göründüyü kimi, Fransa nəhəngi zəfər yürüşünü növbəti qalibiyyətlə davam etdirə bilər.
Xatırladaq ki, yarışın final oyunu iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək.


