İspaniyalı futbol mütəxəssisi Luis Enrike son illərdə böyük uğurlar qazandırdığı PSJ-dəki fəaliyyətini davam etdirəcək.
Arena.az xəbər verir ki, Fransa klubu 56 yaşlı ispaniyalı baş məşqçi ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.
Luis Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir. Onun rəhbərliyi altında Paris klubu üç dəfə Fransa çempionu və super kubokunun qalibi olub, həmçinin iki dəfə UEFA Çempionlar Liqası, Fransa Kuboku və UEFA Super Kubokunu qazanıb.
İspaniyalı mütəxəssis daha əvvəl İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” klublarında, eləcə də İspaniya millisində çalışıb. “Barselona”nın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu, üç dəfə ölkə kubokunun qalibi olub. O, həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Kubokunu bir dəfə qazanıb.
Enrike 2015-ci ildə Beynəlxalq Futbol Federasiyasının versiyasına görə ilin ən yaxşı məşqçisi seçilib. Onun rəhbərliyi altında İspaniya millisi 2021-ci ildə Avropa çempionatının bürünc medalını qazanıb.
PSJ son iki mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub. Turnirin tarixində bundan əvvəl ardıcıl iki dəfə titul qazanan yeganə klub “Real” idi.


