“Mersedes”in britaniyalı pilotu, yeddiqat dünya çempionu Luis Hamilton Formula 1-in 2023-cü il mövsümünə hədəfini açıqlayıb.
Arena.az “RaceFans” dərgisinə istinadən xəbər verir ki, o, komandanın mühəndislərinə minnətdarlığını bildirib və çempionatdakı rəqabətlə bağlı fikirlərini bölüşüb:
“Bu mövsümün bolidi keçən ilki ilə demək olar ki, eyni olsa da, mən komanda və əldə etdiyimiz irəliləyişlə həqiqətən fəxr edirəm. Növbəti iki yarışda kiçik dəyişikliklər edəcəyik. Bu həftə sonlarında bolidə bir neçə kiçik detal əlavə etdik. Sıxma gücünün tamamilə hər nöqtəsi, hər xırda-xuruş fərq edir, buna görə də komandanın bazasında olan hər kəsə çox minnətdaram ki, çətin günlərə rəğmən, mübarizəni davam etdirirlər və hədəfimizə diqqət yetirməkdə davam edirlər. Onların işinə heyranam.
Digər komandalardan mövsümə başlamasını nəzərə alsaq, Mühəndislər Kubokunda ikinci olmaq bizim üçün sadəcə heyrətamizdir. Görün “Maklaren” necə öhdəsindən gəlir, “Aston Martin” mövsümə hansı maşınla soxuldu. Mənim məqsədim komandanın çempionatda ikinci yeri qoruyub saxlamasına və fərdi təsnifatda ikinci yeri tutmağa çalışmaqdır. Bu, mənim məqsədimdir, odur ki, əyləncəli olacaq”, deyə Hamilton bildirib.
Xatırladaq ki, Luis Hamilton bu mövsüm baş tutan 12 qran-prinin yekunlarına əsasən 4-cü sırada yer alıb. Luis “Red Bull” komandasının 2-ci sırada yer almış pilotu Serxio Peresdən 51 xal geri qalır.


