Yeddiqat Formula 1 çempionu, ulduz yürüşçü, “Mersedes”in britaniyalı pilotu Luis Hamilton verdiyi vədi ilə bağlı sualı cavablandırıb.
Arena.az xatırladır ki, Hamilton əvvəllər azarkeşlərin onu 40 yaşından sonra Formula 1 bolidinin sükanı arxasında görməyəcəklərini demişdi.
Bu yaxınlarda isə Luis Hamilton Almaniya komandası ilə iki illik müqavilə imzalayıb. Hazırda Luisin 38 yaşı var.
“Etiraf etməliyəm ki, bu idmana olan sevgimi lazımınca qiymətləndirməmişəm. Bu, sevgi və nifrət hekayəsinə çevrilib. Elə günlər olur ki, kokpitdə oturmamağa üstünlük verirəm. İndi istək yenidən öz sözünü deyir? Bəli. Komanda yoldaşım Corc ilə mübarizə aparmaq da məni kökləndirir. Həmişə ayıq-sayıq olmaq lazımdır”, – “Blick” dərgisi yeddiqat dünya çempionundan sitat gətirir.


