Luis Suares “Barselona”nın iki əsas oyunçusunu qeyd etdi

“İnter Mayami”də çıxış edən “Barselona”nın keçmiş hücumçusu Luis Suares müasir “blauqrana”nın iki əsas oyunçusu barədə danışıb.

Arena.az uruqvaylı ulduzun müvafiq qənaətini təqdim edir:

“Barselona”da hazırda iki futbolçu var ki, həlledici fərq yaradırlar: Pedri və Lamin Yamal. Həmçinin Rafinya və Robert Levandovski kimi iki digər vacib oyunçu da var. Amma Pedri və Yamalın səviyyəsi müstəsnadır”, deyə Luis Suares vurğulayıb.

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal da bu komandanın iki ən istedadlı futbolçusunu açıqlayıb:

“Barselona”nın ən istedadlı futbolçuları? Mən və Pedri”, – Yamal özünün sosial şəbəkə hesablarından biri üzərindən paylaşıb.

“Barselona”nın 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Pedri isə bu komandanın “Qızıl top”a layiq oyunçuları ilə bağlı sualı cavablayıb:

“Adətən bu mükafatı ən çox səs toplamış oyunçu qazanır. Mən mükafatın Rafinya və ya Lamin Yamala verilməsinin tərəfdarıyam”, deyə Pedri vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: