İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Luka Modriç ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Modriçlə yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir. İddiaya görə, 35 yaşlı oyunçu məvacibinin azaldılmasına razılıq verdiyi üçün komandada qalıb.
2012-ci ilin avqustundan “Real”da çıxış edən yarımmüdafiəçinin əvvəlki müqaviləsi bu ilin iyununun sonuna qədər idi.
Qeyd edək ki, Luka Modriç bu mövsüm “Real”ın heyətində müxtəlif turnirlər çərçivəsində 48 oyuna çıxıb, 6 qola imza atıb. O, bütövlükdə Madrid təmsilçisində indiyə qədər 391 oyunda 28 qolla yadda qalıb.


