Məhəmməd Kudus 9 milyona gəlmişdi, 43 milyona satıldı!

Futbol üzrə Qana milli komandasının və Niderland nəhəngi “Ayaks”ın hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Kudus “Vest Hem”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

23 yaxşlı futbolçu ilə 5 illik (2023-cü ilin 30 iyununa qədər) müqavilə imzalandığı diqqətə çatdırılıb.

“Vest Hem” bu transfer üçün “Ayaks”a 43 miilyon avro ödəyib. Halbuki, “Ayaks” onu 2020-ci ilin yayında Danimarkanın “Nordsyelland” klubundan 9 milyon avroya transfer etmişdi.

Məhəmməd Kudus geridə qalan 3 il ərzində Amsterdam klubunda 87 oyuna çıxıb, 27 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, vaxtilə “Nordsyelland”da da 57 matç keçirib, 14 qol və 3 assistlə yadda qalıb. Kudus Qana yığmasında da 24 matça çıxıb, 7 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: