Macarıstan millisinin sabiq üzvünü polis axtarır

Macarıstan millisinin və bir sıra İngiltərə klublarının sabiq futbolçusu Akos Bujakinin polis tərəfindən axtarıldığı bildirilir.

Arena.az xəbər verir ki, Bu barədə “Independent” qəzeti məlumat yayıb.

Məlumata görə, 44 yaşlı futbolçu Budapeştdə bir həftədən çox əvvəl itkin düşüb və yaxınları ilə əlaqə saxlamır.

Bujakinin daha əvvəl formasını geyindiyi İngiltərənin “Kuinz Park Reyncर्स” klubu da futbolçunun itkin düşməsindən narahatlığını ifadə edib.

Klub azarkeşlərin sevimli futbolçusu Akos Bujakinin itkin düşdüyünü öyrənəndə narahat oldu. Hamımız onun sağ-salamat tapılması üçün dua edirik”, – deyə klubun açıqlamasında bildirilib.

Bujaki karyerası ərzində İngiltərənin “Plimut”, “Portsmut”, “Barnsli” və “Kuinz Park Reyncers”, Portuqaliyanın “Portu”, eləcə də Macarıstanın “Ferentsvaroş” klublarında çıxış edib. “Kuinz Park Reyncers”in heyətində 2011/12 mövsümündə Çempionşipin qalibi olaraq komandanın Premyer Liqaya yüksəlməsinə kömək edib.

Macarıstan millisində 20 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Bujaki peşəkar futbolçu karyerasını 2015-ci ildə başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: