Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqanın 31-ci turu çərçivəsində “Kasımpaşa” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma “Konyaspor”un qələbəsi ilə başa çatıb – 2:1.
Mahir Emreli bu görüşün 39-cu dəqiqəsində meydana buraxılıb. Konya təmsilçisində qol hesabını ötən tur açan millimizin hücumçusu bu dəfə fərqlənə bilməyib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 42 xalla 8-ci pillədə qərarlaşıb. “Kasımpaşa” isə 33 xalla 12-cidir.


