Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Emreli Türkiyənin “Konyaspor” klubunda rəsmən debüt edib. Arena.az xəbər verir ki, o, bu gün Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində keçirilmiş “Girəsunspor”la oyunun iştirakçısı olub.
Konya təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər yekunda meydanı qolsuz tərk ediblər – 0:0.
Mahir bu görüşə start heyətdə başlayıb. Lakin məşqçilər korpusu fasilədən sonra, 58-ci dəqiqədə onu əvəzləməyə qərar veriblər.
Xatırladaq ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur. “Konyaspor” onu ötən ay satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb.
“Konyaspor” bu nəticədən sonra Super Liqada 28 xalla 9-cu pillədə qərarlaşıb.


