Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 25 yaşlı hücumçu bu dəfə də Avropa Liqasının pley-off matçında meydana çıxıb.
O, İspaniyanın “Sevilya” komandasına qarşı keçirilən pley-offun cavab matçının 62-ci dəqiqəsində meydana buraxılıb. Mahir Emreli Bruno Petkoviçi əvəzləyib. Lakin futbolçumuz komandasının qalib gəldiyi oyunda fərqlənə bilməyib.
Qeyd edək ki, Zaqreb “Dinamo”su bu görüşdə 1:0 hesablı qələbə qazansa da, mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Çünki bu komanda səfərdəki ilk oyunda 1:3 hesabıyla məğlub olmuşdu. Mahir də məhz həmin oyunda yeni komandasında rəsmi debüt etmişdi.


