Mahir Emreli üçün 67 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Super Liqanın 27-ci turu çərçivəsində “Ümraniyəspor”un qonağı olub.

Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Qarşılaşmanın ilk hissəsi qolsuz bitib. Futbolçumuzun komandası 62-ci dəqiqədə avtoqol nəticəsində məğlub duruma düşüb. Konyalılar 82-ci dəqiqədə buraxılan qolun əvəzini çıxsalar da, 89-da yenidən mərkəzə dəvət olunublar. Qonaqları məğlubiyyətdən xilas edən qol isə 90+7-ci dəqiqədə vurulub. Beləcə, tərəflər meydanı 2:2 hesablı heç-heçə ilə tərk ediblər.

Mahir Emreli bu oyuna start heyətdə başlayıb. O, 67-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 35 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: