Maks Ferstappen: “Bəzən düşünürəm, buna dəyərmi…”

İkiqat dünya çempionu və “Red Bull”un holland pilotu Maks Ferstappen karyerası haqda qəribə etirafı ilə diqqət çəkib.

Arena.az bu barədə “De Telegraaf”a istinadən məlumat verir.

Ferstappen etiraf edib ki, idman karyerası üçün nə qədər səy sərf etməli olduğu müqabilində “Kral yürüşləri”ndə iştirakını bəzən şübhə altına alır:

“İnsanlar düşünə bilərlər ki: “O, çox pul qazanır, nədən şikayətlənir?”. Ancaq söhbət, nə qədər qazandığınızdan deyil, rifahı, məqamları necə qəbul etməyinizdən gedir. Mən hiss edirəm ki, digər şeyləri itirməmək üçün daha çoxunu etmək məcburiyyətindəyəm, buna görə də bəzən düşünürəm: “Buna dəyərmi…”.

Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatının cari mövsümünün geridə qalan 12 mərhələsindən sonra Ferstappen ən yaxın izləyicisi, komanda yoldaşı Serxio Peresi 125 xal qabaqlayaraq, pilotların şəxsi cədvəlinə inamla başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: