İkiqat dünya çempionu, “Red Bull”un holland pilotu Maks Ferstappen hazırda ən istedadlı Formula 1 pilotu olduğunu bəyan edib.
Arena.az “De Telegraaf” nəşrinə istinadən Ferstappenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Məncə, pilot olanda məhz belə düşünmək lazımdır. Əks halda, heç vaxt uğur qazana bilməyəcəksiniz. Ən yaxşı yürüşçü olmasan belə, yenə də əminlik saçmalı və özünüzə inanmalısan.
Məsələn, mən heç vaxt dünyanın ən yaxşısı olmadığımı etiraf etməyəcəyəm. Heç vaxt özümə sual verməmişəm: “Doğrudanmı mən, düşündüyüm qədər yaxşıyam?”. Bəzən işlər mükəmməl getmir, uğursuz anlar olur və mümkün ki, siz güclü təpgiyə çalışırsınız.
Bu, 2018-ci ilin əvvəlində belə idi. Monako qran-prisindən sonra yenidənbaşlatma düyməsini basdığım, yaxşı yadımdadır. Bundan sonra düşündüm: “Məni heç nə narahat etmir, sadəcə yenidən başlamaq gərəkdir”. Kanadadakı növbəti yarışdan sonra işlər də qaydasında getdi”, deyə Maks Ferstappen inamla bildirib.


