Maksans Lakrua 60 milyon avroya “Çelsi”də!

İngiltərənin “Kristal Pelas” klubunun fransalı mərkəz müdafiəçisi Maksans Lakrua bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

“Zadəganlar” bu transfer üçün “Kristal Pelas”a 60,7 milyon avro ödəyiblər. 25 yaşlı futbolçu ilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

Maksans Lakrua 2024-cü ilin avqustunda “Volfsburq”dan 18 milyon avro müqabilində “Kristal Pelas”a transfer olunmuşdu. O, London təmsilçisinin heyətində bütün turnirlərdə 98 oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Lakrua peşəkar karyerası ərzində “Soşo”, “Volfsburq” və “Kristal Pelas”ın formasını geyinib. Fransanın aşağı yaş qrupları üzrə müxtəif yığmalarında oynamış müdafiəçi bu il debüt etdiyi əsas millinin heyətində 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: