“Mançester Siti” Avropa Şurasının qanunlarını pozub?

“Mançester Siti” və “Nyukasl” xarici subsidiyalarla bağlı yeni qaydaların pozulması iddiası ilə bağlı təhqiqatlara cəlb oluna bilərlər.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Nəşrin iddiasına görə, bu iki klub Avropa Komissiyasının təhqiqatları ilə üzləşə bilər. Təşkilata adı açıqlanmayan bir neçə klub tərəfindən “Mançester Siti” və “Nyukasl”a qarşı üçüncü tərəf dövlət yardımının Avropanın daxili bazarının fəaliyyətinə təsir göstərməməsi üçün nəzərdə tutulmuş yeni qaydalarla bağlı şikayətlər daxil olub.

“Mançester Siti” Əbu-Dabi hakim ailəsinin üzvü, Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyana məxsusdur. Səudiyyə Ərəbistanı vəliəhd şahzadəzi Məhəmməd bin Salman Əl Səudun rəhbərlik etdiyi Səudiyyə İnvestisiya Fondu (PIF) isə “Nyukasl”ın 80%-nə sahibdir.

Şikayətləri təqdim edən adı açıqlanmayan tərəflər “Mançester Siti” və “Nyukasl”ın əslində BƏƏ və Səudiyyə Ərəbistanının nəzarətində ola biləcəyini və buradan idarə edilə biləcəyini ehtimal edirlər.

Hazırda Avropa Komissiyası üçüncü tərəf hər hansı dövlət olmaqla maliyyələşdirmənin Avropa transfer bazarında qiymətləri “ciddi şəkildə təhrif etməsi” və futbol sənayesinin inkişafına təsir göstərməsi səbəbi ilə bu işə dair təhqiqat aparır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: