İngiltərənin “Mançester Siti” klubunun sahibi Şeyx Mənsur 13 ildən sonra ilk dəfə komandasının rəsmi oyununda iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Ərəb şeyxi UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün finalında komandasının “İnter”lə qarşılaşmasını izləmək üçün İstanbula səfər edib.
Şeyx Mənsur 13 ildir ki, Mançester təmsilçinin rəsmi oyunlarına təşrif buyurmurdu. Şeyxin şəxsən ziyarət etdiyi sonuncu oyun 2010-cu ilə təsadüf edib ki, o zaman “şəhərlilər” “Liverpul”u darmadağın ediblər.
Xatırladaq ki, Şeyx Mənsur Mançester klubunu 2008-ci ildə alıb. Bu müddət ərzində “şəhərlilər” 20 kubok qazanıblar.
“Mançester Siti” ilə “İnter” arasındakı final qarşılaşması bu gün keçiriləcək. Matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


