Manuel Pelleqrini “Betis”lə yeni müqavilə bağladı

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Betis”də baş məşqçi Manuel Pelleqrini ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

69 yaşlı mütəxəssisin yeni müqaviləsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2025-ci ilin yayına qədər idi.

Manuel Pelleqrini 2020-ci ilin avqustundan “Betis”ə rəhbərlik edir. Çilili mütəxəssisin gəlişindən bəri bu komanda yüksəlişdədir. Belə ki, La Liqa təmsilçisi ardıcıl üç mövsümdür avrokuboklara vəsiqə qazanır. Komanda onun rəhbərliyi altında 2021/2022 mövsümündə İspaniya Kubokunun qalibi olub. Son mövsümdə isə “Betis” La Liqanı 60 xalla 6-cı pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.

Pelleqrini daha öncə “Vest Hem”, “Hebey”, “Mançester Siti”, “Malaqa”, “Real”, “Vilyarreal”, “River Pleyt”, “San Lorenso”, “LDU Kito”, “Palestino”, “Universidad Katolika”, “O’Higgins”, “Universidad de Çili” kimi komandalarda da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: