Maqnus Karlsen: “Karyeramı bitirməyə yaxınlaşmışam”

Şahmat üzrə keçmiş dünya çempionu, norveçli qrosmeyster Maqnus Karlsen klassik şahmatdakı uğurlarından danışıb.

Arena.az NRK portalına istinadən məlumat verir ki, ulduz şahmatçı karyerasını bitirməyə hazırlaşdığını da gizlətməyib:

“Mən özümü əla hiss edirəm. Ən çox qazanmaq istədiyim bir neçə qənimət var idi və indi kolleksiyam tamamlanıb. Bu, gözəl hissdir, çox şadam. Klassik şahmatda mən hər şeyə nail olmuşam. Aydındır ki, qarşıma başqa məqsədlər qoya bilərəm, amma indi karyeramı bitirməyə mümkün qədər yaxınlaşmışam. Mən bunu dəqiq bilirəm”, deyə Karlsen bildirib.

Xatırladaq ki, Karlsen bir müddət əvvəl Azərbaycanın paytaxtı Bakıda keçirilən 2023-cü il şahmat üzrə Dünya Kubokunun qalibi olmuşdu.

Maqnus Karlsen dünya titulunu qorumaqdan imtina etsə də, FIDE reytinqində birinci olaraq qalır. Şahmat üzrə 16-cı dünya çempionu titulunu 2013-cü ildən 2023-cü ilə qədər müvəffəqiyyətlə qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: