Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə 2024-cü ilin oktyabrından 2025-ci il martın 11-nə təxirə salınıb.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.
Xatırladaq ki, məhkəmənin işi ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən 8 tibb işçisinin mühakiməsindən ibarətdir.
Mənbənin məlumatına görə, məhkəmə 8 təqsirləndirilən şəxsdən 3-nün prosesin ikinci dəfə təxirə salınması barədə vəsatətini təmin edib. Məhkəmə əvvəlcə iyunun 4-nə planlaşdırılmış və oktyabrın 1-də baş tutmalı idi. Maradonanın ölümündə ittiham edilənlər arasında mərhum futbolçunun neyrocərrahı, psixoloqu, psixiatrı və tibb bacıları var. Təqsirləndirilən şəxsləri 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, əfsanəvi Maradona 2020-ci ilin payızında, noyabrın 25-də 60 yaşında dünyasını dəyişib.


