“Marca” mövsümün ən yaxşılarını açıqladı

İspaniyanın məşhur “Marca” nəşri öz versiyası üzrə 2022/2023 mövsümünün ən yaxşı futbolçularının siyahısını təqdim edib.

Arena.az xəbər verir ki, siyahı və mükafatın qalibləri jurnalistlər, sabiq futbolçular və məşqçilər, həmçinin nəşrin saytının ziyarətçiləri tərəfindən seçilir.

Mövsümün ən yaxşı futbolçusu “Mançester Siti”nin norveçli qolçu hücumçusu Erlinq Haland seçilib. İlk üçlüyə “İnter Mayami”nin arentinalı hücumçusu Lionel Messi və “Real”ın braziliyalı vingeri Vinisius Junior daxildir. İlk beşlikdə PSJ-nin fransız hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne yer alıb.

Xatırladaq ki, ötən mükafatın qalibi “Real”ın sabiq hücumçusu Kərim Benzema olub.

“Marca”ya görə 2022/2023 mövsümünün ən yaxşı 10 futbolçusunu təqdim edirik:

  1. Erlinq Haland (“Mançester Siti”);
  2. Lionel Messi (PSJ-də oynayıb, hazırda “İnter Mayami”yə məxsusdur);
  3. Vinisius Junior (“Real”);
  4. Kilian Mbappe (PSJ);
  5. Kevin De Bröyne (“Mançester Siti”);
  6. Rodri (“Mançester Siti”);
  7. Antuan Qrizmann (“Atletiko” (Madrid));
  8. Viktor Osimhen (“Napoli”);
  9. İlkay Gündoğan (“Mançester Siti”də oynayıb, hazırda “Barselona”ya məxsusdur);
  10. Xviça Kvaratsxeliya (“Napoli”).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: