İspaniyanın “Barselona” klubu gənc futbolçusu, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Mark Kasado ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 20 yaşlı oyunçunun müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədər artırılıb. Onun əvvəlki sözləşməsinin müddəti bu ilin yayına qədər idi.
Mark Kasado “Barselona”nın yetirməsidir. Kataloniya klubunun əvəzedici komandasının kapitanı olan yarımmüdafiəçi əsas komandada da debüt edib. 20 yaşlı futbolçu “Barsa”nın əsas komandasında 5 oyun keçirib.
Kasado İspaniyanın U-16 və U-17 yığmalarında da oynayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.



