Fransa çempionu PSJ-nin kapitanı, mərkəz müdafiəçisi olan Markinyos Liqa 1 tarixində müstəsna nailiyyət əldə edib.
Arena.az Liqa 1-in mətbuat xidmətinə istinadən məlumat verir ki, braziliyalı futbolçu yarışın tarixində 10-cu dəfə çempion olmağı bacarmış yeganə oyunçudur.
Xatırladaq ki, daha əvvəl PSJ Liqa 1-in 28-ci turu çərçivəsində evdə “Anje” üzərində 1:0 hesablı qələbə qazanaraq, erkən surətdə Fransa çempionu olub.
Markinyos müvəffəqiyyətini şərh edib: “Bu, inanılmaz bir hissdir. Mən çox xoşbəxtəm. Bu, mənim 10-cu qənimətimdir ki, rekordla əlamətdardır. Bu isə həqiqətən əladır, çünki o bizim bütün il ərzindəki işimizi təcəssüm etdirir. Biz bilirik ki, aprel ayındakı qalibiyyətin cəlbedici olmadığını deyə biləcək adamlar var. Amma düşünürəm ki, biz, bütün mövsmü ərzində gördüyümz işə və cəhdlərə bələdik. Bu, bizim ağır zəhmətimizi vurğulayır. Mən düşünürəm ki, biz Liqa 1-in bu mövsümündə bir neçə inanılmaz oyun keçirdik və bu qənimətə həqiqətən layiqik. Bu, çox xoşdur və bunu qeyd etmək gərəkdir, çünki mən, bizim çempinatı qazanmadığımız iki mövsümü də yaşamışam. Odur ki, bizə, qəniməti qazanmadığımızdan doğan duyğu da tanışdır. Bundan başqa, bu, yeni qənimətdir, onun üçün də bunu qazanmaq çox xoşdur”, – PSJ-nin rəsmi saytı müdafiəçidən sitat gətirir.
Markinyos PSJ-yə 2013-cü ilin iyul ayında 31,4 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 2 qol vurub.
Markinyosun Fransa nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 477 oyun, 40 qol və 12 məhsuldar ötürmə.
Braziliyalı futbolçu PSJ ilə 10 dəfə Fransa Liqa 1-in, 7 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 9 dəfə Fransa Super Kubokunun qalibi, həmçinin 2019/2020 mövsümündə UEFA Çempionlar Liqasının finalçısı olub.
Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinində 97 oyuna 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019-cu il Amerika Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


